Bank Of Baku

Dmitri Medvedyev Belarusa elektrik enerjisi verilişinin bərpası barədə göstəriş verib

Dmitri Medvedyev Belarusa elektrik enerjisi verilişinin bərpası barədə göstəriş verib
# 02 iyul 2011 11:44 (UTC +04:00)
APA-nın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova bildirib ki, D. Medvedyevlə baş nazirin müavini İqor Seçinov arasında baş tutan telefon danışığında İ. Seçinov Belarusun elektrik enerjisinə görə yaranmış borcun ödənməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyi barədə məruzə edib. Bununla əlaqədar D. Medvedyev İ. Seçinova Belarusa elektrik enerjisi verilişinin bərpası barədə tapşırıq verib.

Qeyd edək ki, Rusiyanın “İnter RAO” şirkətindən Belarusa elektrik enerjisinin verilişinin bu gündən bərpa olunacağı bildirilib.

Xatırladaq ki, yaranmış borcla əlaqədar Rusiya Belarusun elektrik enerjisi ilə təchizatını bu il iyunun 29-dan dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR