Bank Of Baku

Azərbaycan Ceyhan limanından neft ixracını 14% artırıb

Azərbaycan Ceyhan limanından neft ixracını 14% artırıb
# 04 iyul 2011 11:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin iyun ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 163,735 min ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 242,555 min ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 2 168,342 min ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən bildirilib.

May ayına nisbətən Novorossiysk limanından ixrac olunan neftin həcmi 21,76% azalıb, Supsadan ixrac 0,03%, Ceyhan limanından isə ixracın həcm 13,74% artıb.

Şirkətdən verilən məlumata görə, ümumilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 1 083,867 min ton, Supsadan 1 427,435 min ton, Ceyhan limanından isə 11 915,170 min ton xam neft ixrac edilib. Qeyd edək ki, bu göstəricilər həm Azərbaycan dövlətinə beynəlxalq kontraktlar üzrə), həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR