Bank Of Baku

Azərbaycan avtomobil benzininin ixracını artırıb

Azərbaycan avtomobil benzininin ixracını artırıb
# 04 iyul 2011 12:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin iyun ayında 12,522 min ton avtomobil benzini, 93,619 min ton dizel yanacağı, 0,9 min ton təyyarə yanacağı, 1,415 min ton soba mazutu ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

May ayına nisbətən iyunda avtomobil benzininin ixracı 29,1%, soba yanacağının ixracı 21,88% artıb, dizel yanacağının ixracı 8,68%, təyyarə yanacağının ixracı isə 5,3 dəfə azalıb.

Ümumilikdə, 2011-ci ilin yanvar-iyun ayları ərzində 47,468 min ton avtomobil benzini (ötən ilin eyni dövrünə nisbətən 40% az), 616,001 min ton dizel yanacağı (22,76% az), 39,943 min ton təyyarə yanacağı (38% az), 4,973 min ton soba mazutu (8,5 dəfə çox) ixrac edilib.

Bu ilin iyun ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 998,42 dollar (ötən ilkinə nisbətən 44,43% çox), təyyarə yanacağı – 1 012,58 dollar (47,6% çox), dizel yanacağı – 933,16 dollar (43,4% çox), 1%-li kükürdlü mazutun qiyməti isə 672,36 dollar (54,4% çox) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR