Bank Of Baku

ARDNŞ və “ConocoPhilips Exploration Azerbaijan LTD” şirkəti arasında saziş imzalanıb - FOTOSESSİYA

ARDNŞ və “ConocoPhilips Exploration Azerbaijan LTD” şirkəti arasında saziş imzalanıb - <font color=red>FOTOSESSİYA</font>
# 04 iyul 2011 15:37 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) “ConocoPhilips” şirkətinin birinci vitse-prezidenti Larry Archibaldın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, qonaqları səmimi salamlayan ARDNŞ prezidenti Rövnəq Abdullayev “ConocoPhilips” şirkətinin Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə fəaliyyətə başlamış ilk nüfuzlu neft şirkətlərindən olduğunu bildirib. O, “ConocoPhilips”in Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında mühüm əhəmiyyətə malik Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinin payçılarından olduğunu xatırladıb və bu layihənin son illər qazandığı uğurlardan bəhs edib.

Qısa müddətdə respublikada şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sistemi yaradıldığını xüsusi vurğulayan R.Abdullayev daha sonra Azərbaycanda həyata keçirilən regional və qlobal miqyaslı enerji layihələri çərçivəsində əldə edilən digər nailiyyətlər haqqında da qonaqlara ətraflı məlumat verib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən “ConocoPhilips” şirkətinin birinci vitse-prezidenti Larry Archibald təmsil etdiyi şirkətin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu, xüsusilə dərin sulu və yüksək təzyiqli ərazilərdə zəngin iş təcrübəsi topladığını nəzərə çatdırıb.

Sonda R.Abdullayev və L.Archibald ARDNŞ və “ConocoPhilips Exploration Azerbaijan LTD” şirkəti arasında “Azərbaycan Respublikasının ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat Sazişi”ni imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR