Bank Of Baku

ARDNŞ Qırğızıstanda işləməyə dəvət edilib

ARDNŞ Qırğızıstanda işləməyə dəvət edilib
# 05 iyul 2011 15:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Qırğız Respublikası parlamentinin sədri Axmatbek Keldibekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın neft-qaz sənayesi haqqında ətraflı məlumat verən ARDNŞ prezidenti Azərbaycan və Qırğızıstan arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyini qeyd edib, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.

A.Keldibekov bildirib ki, ölkəsi dinamik inkişaf edən Azərbaycanla münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsində maraqlıdır. Onun sözlərinə görə, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 5,8 mln. dollar təşkil edib. Parlament sədri Qırğızıstanın zəngin təbii ehtiyatlara malik bir ölkə olduğunu vurğulayaraq deyib ki, hazırda ölkənin neft və neft məhsullarına olan ehtiyacının 95%-i kənardan alınan neft məhsulları hesabına ödənilir. Sovetlər dönəmində ölkələrimiz arasında sıx əlaqələrdən danışan A.Keldibekov Azərbaycan neftçilərini bu ölkənin neft-qaz yataqlarında birgə kəşfiyyat aparmağa dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR