Bank Of Baku

ÜTT Çindən faydalı qazıntıların ixracına tətbiq olunan məhdudiyyətləri qanunsuz elan edib

ÜTT Çindən faydalı qazıntıların ixracına tətbiq olunan məhdudiyyətləri qanunsuz elan edib
# 06 iyul 2011 08:02 (UTC +04:00)
Bakı - APA-Economics. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Çin hökumətinin boksit, kömür və sink kimi faydalı qazıntıların ixracına tətbiq etdiyi məhdudiyyətləri qanunsuz elan edib.

APA-Economics”in xəbərinə görə, təşkilatın yaydığı açıqlamada bildirilir ki, bu malların ixrac rüsumları və kvotaları Çinin ÜTT-yə daxil olarkən üzərinə götürdüyü öhdəliklərə, eləcə də qurumun qaydalarına ziddir.

Çin isə öz mövqeyini müdafiə edərək bildirib ki, ixrac məhdudiyyətləri ətraf mühitin, daha dəqiqi, bərpa olunmayan təbii sərvətlərin qorunması üçün vacibdir.

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və Meksika 2009-cu ildə Çindən ÜTT-yə şikayət edib. Çin hökuməti ÜTT-nin qərarından 60 gün ərzində şikayət verə bilər.

Beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 153 ölkəni özündə birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR