Bank Of Baku

Bakıda beynəlxalq qaz konfransı keçiriləcək

Bakıda beynəlxalq qaz konfransı keçiriləcək
# 06 iyul 2011 08:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin sentyabrın 21-23-də Bakıda «Beynəlxalq Xəzər qaz infrastrukturu» konfransı keçiriləcək. «APA-Economics»in məlumatına görə, konfransda regiondan qazın nəqli, ixrac potensialı, nəql marşrutları və s. məsələlər müzakirə olunacaq. Tədbirin əsas təşkilatçısı rolunda «Terrapin» təşkilatı çıxış edir.

Mütəxəssislərin fikrincə, 2011-ci il Xəzər regionu, xüsusən də Azərbaycanın qaz sənayəsi və qazın nəqli məsələlərində həlledici ildir və bu baxımdan konfransın əhəmiyyəti çox böyükdür.

Qeyd edək ki, konfrans Xəzər regionundan qazı almaq niyyətində olan dövlət və şirkətlərin nümayəndələri üçün Azərbaycan tərəfi ilə görüşlər keçirmək, danışıqlar aparmaq və məsələləri həll etmək imkanı verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR