Bank Of Baku

ARDNŞ «SOCAR-Turcas»da payını artırıb

ARDNŞ «SOCAR-Turcas»da payını artırıb
# 06 iyul 2011 10:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Türkiyədə «SOCAR-Turcas» Birgə Müəssisəsinin həmtəsisçilərindən olan «Aksoy» şirkətinin səhmlərinin 23,98%-nin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən alınması barədə saziş imzalanıb. Hazırda bu əməliyyatla bağlı Türkiyənin rəsmi orqanlarında müvafiq sənədləşmə işləri aparılır.

Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, əgər sazişin imzalanmasına qədər ARDNŞ «SOCAR-Turcas» BM-də 51% payla nəzarət səhm paketinə sahib idisə, indi müəssisədə ARDNŞ-in aktivləri artaraq 74,98%-ə çatıb.

Qeyd edək ki, «SOCAR-Turcas» BM Türkiyənin ən iri neft-kimya şirkəti olan «Petkim» holdinqini alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR