Bank Of Baku

Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Azərbaycan Sənaye və Energetika Nazirliyində işgüzar görüşü keçirib

Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Azərbaycan Sənaye və Energetika Nazirliyində işgüzar görüşü keçirib
# 07 iyul 2011 09:02 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi xanım Marqrit Steffelin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Azərbaycan Sənaye və Energetika Nazirliyində (SEN) işgüzar görüş keçirib.

SEN-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Almaniya tərəfdən rəsmi şəxslərlə yanaşı, neft-qaz, neft-kimya, maşınqayırma, logistika, tikinti və digər sahələrdə fəaliyyət göstərən qurumlar iştirak edib.

Görüşdə çıxış edən rəsmi şəxslər iqtisadiyyatda qazanılan nailiyyətlər, eləcə də iki ölkə arasında mövcud iqtisadi əlaqələr barədə məlumatlar veriblər.

Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndəsi xanım Marqrit Steffel Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR