Bank Of Baku

Bolqarıstan Rusiya qazından imtina edir

Bolqarıstan Rusiya qazından imtina edir
# 07 iyul 2011 12:36 (UTC +04:00)
Bakı - APA-Economics. Bolqarıstan yaxın iki-üç ildə “Qazprom”la uzunmüddətli müqavilə imzalamaqdan imtina etməklə Rusiyadan qaz alışını dörd dəfə azaltmaq niyyətindədir.

APA-Economics”in “Kommersant”a istinadən xəbərinə görə, bununla da “Qazprom” Xorvatiyadan sonra Avropada daha bir müştərisini itirə bilər.

Hazırda Rusiyadan 2 mlrd. kubmetr qaz alan Bolqarıstan bu göstəricini 500 mln. kubmetrə qədər azaltmaq istəyir. Ölkənin iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun dediyinə görə, Sofiya Rusiyadan qaz alışını öz hasilatı və alternativ satıcılar hesabına azaltmağı planlaşdırır.

Qeyd edək ki, Bolqarıstanın qaza olan tələbatı ildə 2,5 mlrd. kubmetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR