Bank Of Baku

Azərbaycanda qaz və işığın xəbərdarlıqsız kəsilməsi qadağan olunub

Azərbaycanda qaz və işığın xəbərdarlıqsız kəsilməsi qadağan olunub
# 07 iyul 2011 14:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda istehlakçılara əvvəlcədən bildiriş göndərilmədən qaz, elektrik və istilik enerjisinin dayandırılması qadağan olunub. “APA-Economics”in xəbərinə görə, bu, Azərbaycan prezidentinin İnzibati Xətalar Məcəlləsinə təsdiqlədiyi dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklər Məcəllənin 116.0.7-ci maddəsinə aiddir. Belə ki, qaz, elektrik və istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə görə fiziki şəxslər şərti maliyyə vahidinin 20 mislindən 40 mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin 60 mislindən 90 mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin 150 mislindən 300 mislinədək miqdarda cərimə edilir. Eyni cərimələr bu xətlərin bildirişsiz kəsilməsi hallarına da aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR