Bank Of Baku

Nazir: “Azərbaycan perspektivdə enerji tələbatını alternativ mənbələr hesabına tam təmin edə biləcək”

Nazir: “Azərbaycan perspektivdə enerji tələbatını alternativ mənbələr hesabına tam təmin edə biləcək”
# 08 iyul 2011 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan gələcəkdə özünün elektrik enerjisi təminatı və istehlakını alternativ enerji mənbələri hesabına tam təmin edə biləcək. “APA-Economics”in xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Onun sözlərinə görə, alternativ enerji istehsalı investisiya baxımından kapital tutumlu sahədir: “Yalnız Azərbaycanda prezidentin təşəbbüsü və konsepsiyasına uyğun olaraq bu layihələri tez bir zamanda xərcini tez ödəməklə reallaşdırmaq mümkün olacaq. Konsepsiya ilk növbədə dünyada ənənəvi enerji mənbələrinə tələbatın yüksək olmasından səmərəli istifadəni nəzərdə tutur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR