Bank Of Baku

Bu ilin ilk yarısında Azərbaycan neftinin orta qiyməti 114,36 dollar olub

Bu ilin ilk yarısında Azərbaycan neftinin orta qiyməti 114,36 dollar olub
# 12 iyul 2011 08:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti cüzi azalıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsindən «APA-Economics»ə verilən məlumata görə, iyulun 11-də London birjasında keçirilən hərraclarda “Azeri Light” markalı neftin qiyməti 1,32 dollar azalaraq 119,45 dollara enib.

Bu azalmaya baxmayaraq, Azərbaycan neftinin bazarlardakı qiyməti büdcədəki qiyməti üstələyir. Belə ki, ilk yarım ildə neftin orta qiyməti 114,36 dollar təşkil edib ki, bu da büdcədəki qiymətdən 34,36 dollar və ya 43% artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR