Bank Of Baku

ARDNŞ kəşfiyyat quyularının qazıntısını 2,4 dəfə artırıb

ARDNŞ kəşfiyyat quyularının qazıntısını 2,4 dəfə artırıb
# 12 iyul 2011 09:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2011-ci ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) tərəfindən 10923 metr qazma işi həyata keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin iyununa nisbətən 17% azdır. İyun ayındakı qazma işlərinin 10687 metri istismara, 236 metri kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-iyun aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 78533 metr qazma işi görülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% artıqdır. İlk yarım ildə qazma işlərinin 73 886 metri istismara, 4647 metri kəşfiyyata aid olub. Ötən ilə nisbətən istismar üzrə qazma işləri 6,4%, kəşfiyyat məqsədli qazma işləri isə 2,43 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR