Bank Of Baku

ARDNŞ İsveçrə şirkəti ilə birgə müəssisə yaradır

ARDNŞ İsveçrə şirkəti ilə birgə müəssisə yaradır
# 12 iyul 2011 13:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və İsveçrənin “Foster Wheeler” şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

APA-Economics”in xəbərinə görə, ARDNŞ-ın Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov və “Foster Wheeler” şirkətinin baş icraçı direktoru Marko Mareskonun imzaladığı sənədə əsasən, ARDNŞ-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun maddi-texniki bazasında birgə müəssisənin yaradılması nəzərdə tutulur.

Birgə müəssisə həm Azərbaycanda, həm də regionda və ümumilikdə dünya ölkələrində layihələndirmə, mühəndis-texniki təminat, satınalma, tikinti və layihələrin idarə edilməsi sahələri üzrə həyata keçirilən layihələrdə iştirak edəcək.

“Foster Wheeler” şirkəti bu sahələr üzrə dünya miqyasında liderlərdən olub, zəngin təcrübə və potensiala malikdir. Memoranduma əsasən gələcəkdə “Foster Wheeler” şirkəti tərəfindən Azərbaycanlı mütəxəssislər üçün İtaliyada təlimlərin keçirilməsi də planlaşdırılır. Bu əməkdaşlıq qabaqcıl təcrübənin öyrənilməsinə, o cümlədən yerli kadr potensialının inkişaf etdirilməsinə kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR