Bank Of Baku

Bu ilin iyun ayında Ceyhan limanından dünya bazarlarına 3 mln. ton neft çıxarılıb

Bu ilin iyun ayında Ceyhan limanından dünya bazarlarına 3 mln. ton neft çıxarılıb
# 13 iyul 2011 15:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin iyun ayı ərzində Ceyhan limanından dünya bazarlarına 2 986 469 ton Azərbaycan nefti çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin məlumatına görə, bu həcmin 2 168 344 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il Ceyhan limanından daşınan neftin həcmi 9% azalıb. Ümumilikdə bu ilin yanvar-iyun aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 16 802 190 ton olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,2% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci ilin iyul ayının 1-ə qədər Ceyhan limanından 158 736 391 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR