Bank Of Baku

İyun ayında BTC kəməri ilə 2,8 mln. ton Azərbaycan nefti nəql olunub

İyun ayında BTC kəməri ilə 2,8 mln. ton Azərbaycan nefti nəql olunub
# 13 iyul 2011 15:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2011-ci ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 797 809 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin iyununa nisbətən ötən ay BTC itlə daşınan neftin həcmi 8,9% azalıb.

Ümumilikdə yanvar-iyun aylarında bu kəmərlə 17 mln. 11 min 82 ton neft ötürülüb. Ötən ilin eyni dövrünə nisbətən kəmərlə daşınan neftin həcmi 6,5% azalıb. Kəmər istifadəyə verilən gündən 2011-ci il iyul ayının 1-ə qədər BTC-yə 160 567 024 ton neft vurulub.

Bundan başqa, cari ilin iyun ayında BTC kəməri ilə 168 596 ton Türkmənistan nefti nəql olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR