Bank Of Baku

ARDNŞ prezidenti “ExxonMobile” rəhbərliyini qəbul edib

ARDNŞ prezidenti “ExxonMobile” rəhbərliyini qəbul edib
# 14 iyul 2011 08:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “ExxonMobile” şirkətinin Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Filip Malholl və həmin şirkətin beynəlxalq məsələlər üzrə baş məsləhətçisi Stiven Mənn ilə görüşüb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, R.Abdullayev qonaqlara Azərbaycanın neft-qaz sənayesində əldə olunmuş son nailiyyətlər barədə məlumat verib.

Öz növbəsində “ExxonMobile” rəsmiləri fevral ayında R.Abdullayevlə Londonda keçirdikləri görüş zamanı “ExxonMobile” və ARDNŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi haqda söylənmiş fikirləri xatırladaraq, Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

“ExxonMobile”in Azərbaycanda fəaliyyətə başlayan ilk beynəlxalq neft-qaz şirkətlərindən biri olduğunu və irimiqyaslı regional layihələr çərçivəsində ARDNŞ ilə uğurlu əməkdaşlıq münasibətləri qurduğunu deyən R.Abdullayev gələcəkdə də bu istiqamətdə səmərəli əməkdaşlıq üçün mühüm işlər görüləcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR