Bank Of Baku

ARDNŞ prezidenti: “Türkiyə ilə qaz danışıqları tezliklə başa çatacaq”

ARDNŞ prezidenti: “Türkiyə ilə qaz danışıqları tezliklə başa çatacaq”
# 15 iyul 2011 08:19 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətini (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər bu müqavilə üzrə danışıqları bərpa etməyə hazırlaşırlar: «Artıq Türkiyə ilə tranzit müqaviləsi ilə bağlı danışıqların aparılmasına hazırlıqlar gedir».

Qeyd edək ki, müqavilə ilə bağlı danışıqlar Türkiyədəki parlament seçkiləri ilə əlaqədar olaraq dayandırılmışdı, yeni hökumətin formalaşmasından sonra isə danışıqlar yaxın vaxtlarda başlanacaq: « Türkiyə tərəfi ilə razılıq əldə olunub ki, bu ayın sonuna qədər görüşlər başlasın və işlər davam etdirilsin».

Bəzi məlumatlara görə, adı çəkilən müqavilə tezliklə razılaşdırılaraq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya nəzərdə tutulan səfəri zamanı da imzalana bilər. R.Abdullayev bunu təsdiq etməsə də, bildirib ki, müqavilə üzərində işlər tez bir zamanda başa çatdırılmalıdır.

Paralel olaraq ARDNŞ «Şahdəniz» layihəsi üzrə tərəfdaşları ilə birlikdə Bakı-Tiflis-Ərzurum boru xəttinin Bakıdan Gürcüstana qədər olan hissənin genişlənməsi və ya ona paralel yeni boru kəmərinin çəkilməsini müzakirə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR