Bank Of Baku

Bu il Azərbaycanda anbarlara 3,5 mlrd. kubmetr qaz vurulacaq

Bu il Azərbaycanda anbarlara 3,5 mlrd. kubmetr qaz vurulacaq
# 15 iyul 2011 08:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu il Azərbaycanın qaz anbarlarına 3 mlrd. kubmetrdən artıq qaz toplanacaq. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətini (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, son iki il ərzində anbarlara toplanan qazın həcmi hər il 1 mlrd. kubmetr artıb: «Bu il də anbarların genişləndirilməsi üçün işlər görülüb, yeni quyuların qazılması, infrastrukturun yaradılması və s. işlər həyata keçirilib. Nəticədə bu il anbarlara vurulan qazın həcmi 3,5 mlrd. kubmetrə çatıb».

R.Abdullayev bildirib ki, ARDNŞ ilə İsveçrənin “Foster Wheeler” şirkəti arasında birgə müəssisənin yaradılması neft şirkətinin elmi və layihə potensialını artıracaq. Onun sözlərinə görə, İsveçrə şirkəti ilə yaradılan birgə müəssisənin imkanlarından ilk növbədə Azərbaycanda həyata keçirilən iri layihələrdə istifadə olunacaq: “Biz yeni neft-kimya kompleksinin tikintisinə başlamışıq və dövlət başçısının tapşırığı ilə onun layihəsi üzərində işləyirik. Paralel olaraq biz gübrə zavodunun tikintisinə də başlayacağıq. Yəni belə layihələrdə dünya səviyyəli mühəndis şirkəti ilə birlikdə olmaq çox yaxşı nəticələr verə bilər. Azərbaycan mühəndislərinin bu layihələrdə iştirakı onların təcrübəsinin və səviyyəsinin artırılmasına böyük dəstək verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR