Bank Of Baku

ARDNŞ Yunanıstanın DEPA şirkətini almağa hazırlaşır

ARDNŞ Yunanıstanın DEPA şirkətini almağa hazırlaşır
# 15 iyul 2011 09:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın DEPA qaz şirkətinin bir hissəsinin alınması barədə niyyətindən imtina etməyib.

APA-Economics”in xəbərinə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev belə bir imkanın indi də nəzərdən keçirildiyini bildirib: «ARDNŞ öz strateji maraqlarına uyğun layihələrdə iştirak edib onu almaq niyyətindədir».

Dünən DEPA şirkətinin Bakıda olan prezidenti ilə görüşdüyünü deyən R.Abdullayev bu şirkətin artıq özəlləşməyə açıq elan olunduğunu qeyd edib: “Əgər şirkətin imkanları yaxşı olsa və iqtisadi cəhətdən imkanımız olsa, biz onu almağa hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR