Bank Of Baku

ARDNŞ əməliyyat şirkətinin rəhbərləri qarşısında fəaliyyət göstərdiyi ərazinin neftlə çirklənmiş torpaq sahələrinin təmizlənməsinə görə ciddi tələb qoyub

ARDNŞ əməliyyat şirkətinin rəhbərləri qarşısında fəaliyyət göstərdiyi ərazinin neftlə çirklənmiş torpaq sahələrinin təmizlənməsinə görə ciddi tələb qoyub
# 16 iyul 2011 10:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin sədrliyi ilə iclas keçirilib. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda ARDNŞ-ın Ekoloji layihələrin idarəedilməsi şöbəsi, Ekologiya İdarəsi, «EKOL Mühəndislik Xidmətləri» QSC və Əməliyyat Şirkətlərinin nümayəndələri də iştirak edib. Müşavirədə neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində «EKOL Mühəndislik Xidmətləri» QSC-nin xidmətlərindən istifadə məsələləri müzakirə olunmuş, yeni torpaq və su təmizləyici qurğuların təqdimatı keçirilib.
Rəfiqə Hüseynzadənin sözlərinə görə, 2010-cu ilin «Ekologiya ili» elan olunması ilə əlaqədar ARDNŞ-ın idarə və müəssisələrində ekologiya sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilib. R.Hüseynzadə ekoloji tədbirlərin həyata keçirilməsinə diqqətin cari ildə və gələcəkdə də yüksək olaraq qalacağını söyləyib.
Müşavirədə əməliyyat şirkətlərinin yerlərdə həyata keçirdiyi ekoloji layihələr haqqında danışılıb, çatışmazlıqlar qeyd olunub. Əməliyyat Şirkətlərinin istehsalat sahələrindəki ekoloji vəziyyətin hansı dərəcədə ağır olduğu R. Hüseynzadə tərəfindən onların diqqətlərinə çatdırılıb, Əməliyyat Şirkətinin rəhbərlərindən fəaliyyət göstərdiyi ərazinin neftlə çirklənmiş torpaq sahələrinin təmizlənməsi məsələsinə daha ciddi yanaşmaları tələb olunub.
Bundan başqa, əməliyyat şirkətlərinin neftlə çirklənmiş ərazilərində ARDNŞ-ın Ekologiya İdarəsi tərəfindən qısa müddət ərazində kompleks ekoloji monitorinq keçirilməsi və hesabatların hazırlanması qərara alınıb. Bildirilib ki, hesabatların nəticələrinə əsasən, neftlə çirklənmiş torpaqların həcmi müəyyənləşməli, neftlə çirklənmiş torpaqların tam şəkildə təmizlənməsi sahəsində «EKOL Mühəndislik Xidmətləri» ilə əməkdaşlıq gücləndirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR