Bank Of Baku

Azərbaycanda neft və qaz hasilatı azalıb

Azərbaycanda neft və qaz hasilatı azalıb
# 18 iyul 2011 11:53 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin ilk 6 ayı ərzində ölkədə 23,878 mln. ton neft və 12,911 mlrd. kubmetr qaz hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 5,6%, qaz hasilatı isə 2,1% azalıb.

Neft hasilatının azalmasına baxmayaraq, cari ilin yanvar-iyun aylarında ölkədə neft məhsullarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 3,3% artıb.

Ümumiyyətlə, hesabat dövründə Azərbaycanda mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin 5 ayının göstəricisi ilə müqayisədə 4% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR