Bank Of Baku

Azərbaycanda sənaye sektorunda azalma 1,8% təşkil edib

Azərbaycanda sənaye sektorunda azalma 1,8% təşkil edib
# 18 iyul 2011 13:18 (UTC +04:00)
Qeyd edək ki, yanvar-may aylarında sənaye istehsalı 1,1% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun 76,4%-i mədənçıxarma bölməsində, 17,7%-i emal bölməsində, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,3% artıb, neft sektorunda isə 4,4% azalıb.

Ötən ilin I yarısı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 4% azalmış, emal bölməsində 6,3%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 9,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 9,2% artıb.

Bundan başqa, yanvar-iyun aylarında emal sektorunda qida məhsulları istehsalı 5,6%, içki istehsalı 20,3%, toxuculuq sənayesi məhsulları istehsalı 21,7%, geyim istehsalı 35,6%, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 7,3%, ağac emalı və ağacdan məmulatlar istehsalı 38,5%, kağız və karton istehsalı 81%, poliqrafiya fəaliyyəti 16,3%, neft məhsulları istehsalı 3,3%, kimya sənayesi məhsulları istehsalı 39%, rezin və plastik məmulatlar istehsalı 3,9%, metallurgiya sənayesi məhsulları istehsalı 70,6%, elektrik avadanlıqları istehsalı 40,9%, maşın və avadanlıqların istehsalı 10,5%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri 24,9% artıb.

İyul ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 236,6 mln. manatlıq hazır məhsul qalıb ki, bu da iyunun əvvəlinə nisbətən 59,9 mln. manat və ya 20,2% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR