Bank Of Baku

Nəhəng dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizə göndərilib

Nəhəng dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizə göndərilib
# 18 iyul 2011 15:59 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Günəşli” yatağında tikiləcək qazlift kompressor stansiyası üçün 2 saylı dayaq blokunun tikintisi başa çatıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ümumi çəkisi 2628 ton, hündürlüyü isə 99 metr olan dayaq blokunun sifarişçisi “Azneft” İB “28 may” Neft Qazçıxarma İdarəsidir.

Dayaq blokunun tikintisində Dərin Özüllər Zavodunun 105 nəfərə yaxın işçisi bir il fasiləsiz iş aparıb. Dayaq bloku inşa edildikdən sonra lazımi elementləri rənglənib və daimi yerində quraşdırılması üçün dənizə nəql edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR