Bank Of Baku

Azərbaycanın emal sənayesində məhsul istehsalının həcmi 6% artıb

Azərbaycanın emal sənayesində məhsul istehsalının həcmi 6% artıb
# 19 iyul 2011 13:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 2,762 mlrd. manatlıq məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi 6,3% artmaqla (neft məhsullarının istehsalı nəzərə alınmazsa 11,4%), daha çox hissəsi - qida məhsullarının istehsalının payına düşüb.

Əksər qida məhsullarının istehsalında artım müşahidə olunub ki, onlardan kolbasa məmulatları istehsalı 5,6% artaraq 958,8 ton, pendir və kəsmik istehsalı 2,2% artaraq 22,0 min ton, ət 4,6% artaraq 127,9 min ton, süd 5,4% artaraq 351,5 min ton, kərə yağı 0,8% artaraq 10,5 min ton, qənd və şəhər 2,5% artaraq 156 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR