Bank Of Baku

Bakı-Ceyhan kəməri ilə daşınan neft son bir ildə 60% bahalaşıb

Bakı-Ceyhan kəməri ilə daşınan neft son bir ildə 60% bahalaşıb
# 02 avqust 2011 07:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin iyul ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 116,89 dollara, «Urals» nefti 114,90 dollara, «BTC FOB Ceyhan» tipli xam neft isə 119,19 dollara satılıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) məlumat yayıb.

Son bir ayda «Brent» nefti 2,5%, «Urals» nefti 2,9%, «BTC FOB Ceyhan» nefti isə 1,7% bahalaşıb. Ötən ilin eyni dövrünə nisbətən isə neftin qiymətləri daha kəskin artıb. Belə ki, 2010-cu ilin iyul ayına nisbətən «Brent» nefti 54,5%, «Urals» nefti 55,7%, «BTC FOB Ceyhan» nefti isə 56,3% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR