Bank Of Baku

Azərbaycan neftinin Novorossiysk limanından ixracı azalıb

Azərbaycan neftinin Novorossiysk limanından ixracı azalıb
# 02 avqust 2011 08:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 85 646 ton, Supsa limanından 80 812 ton, Ceyhan limanından 2 217 013 ton xam neft ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ötən aya nisbətən ixrac olunan neftin həcmi Novorossiysk limanından 1,9 dəfə, Supsa limanından 3 dəfə azalıb. Ceyhan limanından ixrac olunan neftin həcmi isə 2,25% artıb.

Ümumilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 1 169 513 ton, Supsa limanından 1 508 247 ton, Ceyhan limanından isə 14 132 184 ton xam neft ixrac edilib. Ötən ilə nisbətən Novorossiysk limanı ilə ixrac edilən neftin həcmi 7,3% azalıb.

Qeyd edək ki, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR