Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətində yeni idarə yaradılıb

Azərbaycan Dövlət Neft Şirkətində yeni idarə yaradılıb
# 02 avqust 2011 10:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birbaşa tabeliyində yeni qurum - Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) yaradılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, TTSİ Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamenti və Xəzər Dəniz Neft Donanmasının Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin maddi-texniki bazası əsasında fəaliyyət göstərəcək.

Yeni yaradılmış idarə sazişlər əsasında neft sənayesi və respublikanın digər sənaye sahələri üçün yüksək ixtisaslı fəhlə kadrları hazırlayır. Eləcə də, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması, yüksək keyfiyyətli təlimlərin təşkili, sertifikatlaşdırma və beynəlxalq standartların tətbiqi üzrə xidmətlərin göstərilməsi, o cümlədən dəniz neftçilərinə beynəlxalq müqavilələr əsasında standartlara uyğun təlimlərin aparılmasını və təkmilləşdirilmə işlərini həyata keçirir.

İdarə peşə-ixtisas təhsili müəssisələrində ayrı-ayrı peşələr üzrə yeni fəhlə kadrların, ARDNŞ-in mühəndis-texniki işçilərinin tələb olunan səviyyədə yenidən hazırlanması ilə də məşğul olacaq.

TTSİ-in fəaliyyətinə işə qəbul olunanların əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, qaynaqçıların attestasiyası və beynəlxalq standartlara uyğunlaşdırılması proqramının tərtib edilməsi, kurslara cəlb edilmiş mühəndis-texniki işçilərin, attestasiyadan keçirilən qaynaqçıların, dalğıcların, matrosların və dəniz neftçilərinin sertifikatlaşdırılması və s. məsələlər də daxildir. ARDNŞ prezidentinin əmri ilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR