Bank Of Baku

Azərbaycan son bir ildə təyyarə yanacağının ixracını kəskin artırıb

Azərbaycan son bir ildə təyyarə yanacağının ixracını kəskin artırıb
# 02 avqust 2011 13:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin iyul ayında 17 245 ton avtomobil benzini, 81 814 ton dizel yanacağı, 3 953 ton təyyarə yanacağı ixrac edib. Ötən aya nisbətən avtomobil benzininin ixracı 37,7%, təyyarə yanacağının ixracı 4,4 dəfə artıb, dizel yanacağının ixracı isə 12,6% azalıb.

Ümumilikdə, 2011-ci ilin yanvar-iyul ayları ərzində 64 714 ton avtomobil benzini, 697 816 ton dizel yanacağı, 43 896 ton təyyarə yanacağı, 4 973 ton soba mazutu ixrac edilib. Ötən ilin eyni dövrünə nisbətən avtomobil benzininin ixracı 31,2%, dizel yanacağının ixracı 25,4%, təyyarə yanacağının ixracı 38,7% azalıb, soba mazutunun ixracı 6,51 dəfə artıb.

Bu ilin iyul ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 1057,75 dollar, təyyarə yanacağı – 1033,92 dollar, dizel yanacağı – 962,49 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 691,60 dollar təşkil edib.

Ötən ilin iyulundan indiyədək avtomobil benzini 54,1%, təyyarə yanacağı 55,8%, dizel yanacağı 53,4%, 1%-li kükürdlü mazut isə 53% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR