Bank Of Baku

Yaxın 10 ildə Azərbaycanda qaz hasilatının iki dəfə artacağı gözlənilir

Yaxın 10 ildə Azərbaycanda qaz hasilatının iki dəfə artacağı gözlənilir
# 04 avqust 2011 11:09 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, son 5 il ərzində ölkədə neft hasilatı 2,3 dəfə, qaz hasilatı isə 4,6 dəfə artıb. Belə ki, əgər Azərbaycan 2005-ci ildə cəmi 22,2 mln. ton neft və 5,7 mlrd. kubmetr qaz hasil edirdisə, 2010-cu ildə bu göstəricilər müvafiq olaraq 50,9 mln. tona və 26,2 mlrd. kubmetrə çatdırılıb.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda neft hasilatının 51,4 mln. tona çatacağı proqnozlaşdırılır. Hazırda Azərbaycanda gündəlik neft hasilatı 1,1 mln. barel təşkil edir. Artıq 2014-cü ildə bu göstəricinin 1,3 mln. barelə çatacağı gözlənilir.

Mavi yanacağa gəldikdə isə, 2011-ci ildə Azərbaycanda qaz hasilatının 28,3 mlrd. kubmetr, 2012-ci ildə 29,8 mlrd. kubmetr, 2013-cü ildə 31,1 mlrd. kubmetr, 2014-cü ildə 32,2 mlrd. kubmetr, 2015-ci ildə isə 33 mlrd. kubmetr təşkil edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, proqnozlara əsasən, artıq 2020-ci ildən sonra Azərbaycanda illik qaz hasilatı 50-60 mlrd. kubmetr təşkil edəcək. «Şahdəniz» layihəsinin II fazasının işlənməsindən sonra isə (2017-ci il) illik qaz hasilatı həcminin 40 mlrd. kubmetrə çatması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR