Bank Of Baku

«Şahdəniz» qazının nəqli ilə bağlı növbəti görüş avqustun sonunda keçiriləcək

«Şahdəniz» qazının nəqli ilə bağlı növbəti görüş avqustun sonunda keçiriləcək
# 08 avqust 2011 07:49 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın Bakıya səfərindən dərhal sonra Azərbaycanla Türkiyə arasında qazın nəqli ilə bağlı danışıqlar bərpa olunub: «Həmin həftə ARDNŞ, Türkiyənin «BOTAŞ» şirkəti və «Şahdəniz» layihəsinin tərəfdaşları arasında görüş keçirilib ki, 3 gün davam edən görüş zamanı «Şahdəniz» qazı ilə bağlı məsələlər müzakirə olunub».

Birinci görüşün məhsuldar keçdiyini bildirən R.Abdullayev qeyd edib ki, hələ də həllini tapacaq bir çox məsələ açıq qalıb: «Danışıqların növbəti mühüm mərhələsi avqustun 26-da başlayacaq ki, bununla da danışıqların ikinci turuna start veriləcək. Fikrimcə, həmin görüşdə bu məsələ ilə bağlı böyük sənədlər paketi müzakirə edə biləcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR