Bank Of Baku

Rövnəq Abdullayev: «Bu qış qazla bağlı problem olmayacaq»

Rövnəq Abdullayev: «Bu qış qazla bağlı problem olmayacaq»
# 08 avqust 2011 08:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilədək ölkə ərazisinin 95%-ni qazlaşdırmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, dövlət başçısının bununla bağlı tapşırığına uyğun olaraq, ölkənin bütün rayonlarında qazlaşdırma işləri gedir: «Artıq bununla bağlı investisiya proqramlarımız və layihələrimiz hazırdır».

Şirkət rəhbərinin sözlərinə görə, Bakı ətrafı kəndlərdə də problemi olan hissələrinin qazlaşdırılması məsələsi həll olunur: «İndi hər gün Bakı şəhərində 1 minə yaxın smart kart tipli sayğac quraşdırılır. Bakıda 600 minə yaxın abunəçi olduğu üçün gələn ilə artıq smart kart tipli sayğacların quraşdırılmasını başa çatdıracağıq».

R.Abdullayev bununla yanaşı bildirib ki, paytaxta gələn bütün magistral xətlərin bərpası üzrə işlər aparılır: «Ötən il qaz sistemində təzyiq problemi olmadı, bu il də bütün işləri görürük ki, belə problem yaranmasın. Qaz təminatı yüksək səviyyədə həyata keçiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR