Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Qırğızıstanda iş görmək niyyətində deyil

Azərbaycan Dövlət Neft Şirkəti Qırğızıstanda iş görmək niyyətində deyil
# 08 avqust 2011 09:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin «Turcas Petrol/Injaz Projects» şirkətinin səhmlərinin 24,85%-ni alıb.

«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib: «Biz Türkiyədə investisiya layihələrində payımızın çoxalmasını istədik və buna nail olduq».

Qeyd edək ki, ARDNŞ-in «Turcas Petrol/Injaz Projects» şirkəti ilə yaratdığı «SOCAR- Turcas» konsorsiumu «Petkim» neft-kimya şirkətinin sahibidir. Bu alqı-satqı nəticəsində ARDNŞ-in konsorsiumda payı 70%-ə çatıb.

Türkiyədən fərqli olaraq ARDNŞ-in Qırğızıstanda hər hansı işlər həyata keçirmək barədə planları yoxdur. R.Abdullayevin sözlərinə görə, ARDNŞ qüvvələrini həmişə maksimal effekt almaq üçün səfərbər edir: «Qırğızıstanın ehtiyatları azdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR