Bank Of Baku

ARDNŞ-in Təhlükəsizlik İdarəsinin yeni binasının açılışı olub

ARDNŞ-in Təhlükəsizlik İdarəsinin yeni binasının açılışı olub
# 08 avqust 2011 11:35 (UTC +04:00)
Bakı. – APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Təhlükəsizlik İdarəsinin yeni inzibati binasının açılışı olub.

«APA-Economics»in məlumatına görə, indiki dövrdə obyektlərin təhlükəsizliyinin qorunmasının önəmli sahə olduğunu bildirən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev qeyd edib ki, şirkət həmişə bu məsələyə böyük diqqətlə yanaşır: «Onların maddi-texniki təchizatını yüksək səviyyədə təmin etmək lazımdır ki, obyektlərin qorunması da lazımi səviyyədə olsun».

Qeyd edək ki, yeni inzibati binada Dövlət Gəmi və Liman Nəzarəti müfəttişlikləri, Xüsusi Texnika Hissə və digər qurumlar yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR