Bank Of Baku

Azərbaycan elektrik enerjisi istehsalını 23% artırıb

Azərbaycan elektrik enerjisi istehsalını 23% artırıb
# 09 avqust 2011 11:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanın enerji sistemində 1,6 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu, iyun ayının analoji göstəricisinə nisbətən 23% artıqdır.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, iyul ayında istehsal olunan elektrik enerjisinin 1,4 mlrd. kVt/saata yaxını istilik elektrik stansiyaları (İES), 0,2 mlrd. kVt/saatdan çoxu isə su elektrik stansiyalarının (SES) payına düşüb.

Ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla enerji mübadiləsi davam edib.

Ümumilikdə, 2011-ci ilin yanvar-iyul aylarında ölkənin enerji sistemində 11,7 mlrd. kVt/saata yaxın enerji istehsal edilib ki, bunun 9,8 mlrd-ı İES-lərin, 1,9 mlrd-ı isə SES-lərin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında enerji istehsalı 6,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR