Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb
# 09 avqust 2011 11:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,4% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,9%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 1% bahalaşıb.

«İyul ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,3% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 2,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,3%, içki istehsalı üzrə 0,2%, poliqrafiya fəaliyyəti üzrə 0,1% bahalaşıb, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 11,4%, elektrik avadanlıqlarının istehsalı üzrə 5,7%, tütün məmulatlarının istehsalı üzrə 4,2%, kimya sənayesi üzrə 3,8%, metallurgiya sənayesi üzrə 3,5%, toxuculuq sənayesi və maşın və avadanlıqların istehsalı üzrə 1,5%, qida məhsullarının istehsalı üzrə 1,3%, geyim istehsalı üzrə 1,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,6%, tikinti məmulatlarının istehsalı üzrə 0,2%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,1% ucuzlaşıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR