Bank Of Baku

Azərbaycanda külək enerjisindən istifadə ilə bağlı hesabat hazırlanıb

Azərbaycanda külək enerjisindən istifadə ilə bağlı hesabat hazırlanıb
# 10 avqust 2011 12:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərbaycanın Xəzər dənizi ərazisində Külək Enerji Potensialının öyrənilməsi Layihəsi»nin final hesabatı hazırlanıb. Hesabat Sənaye və Energetika Nazirliyinin müraciəti əsasında INOGATE Proqramı çərçivəsində hazırlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hesabatın təqdimatı sentyabrın 1-nə planlaşdırılır. Tədbirdə layihənin danimarkalı ekspertləri Kim Yansen (Kim Jansen) və Jasper Tisen (Jesper Thisen) iştirak edəcəklər.

Eyni zamanda təqdimata Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, Energetika Elmi Tədqiqat Layihə İnstitutunun nümayəndələri də qatılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR