Bank Of Baku

«Neft Daşları»nda ölüm hadisəsi baş verib

«Neft Daşları»nda ölüm hadisəsi baş verib
# 11 avqust 2011 08:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyinin «Neft Daşları» NQÇİ-də ölüm hadisəsi baş verib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, avqustun 10-da «Neft Daşları» NQÇİ-nin əməkdaşı - quyuların əsaslı yeraltı təmiri sexinin qazmaçı köməkçisi Teymur İspəndiyar oğlu Süleymanov saat 08:00-da «General Əsədov» sərnişin gəmisi vasitəsilə sahildən Neft Daşlarına iş növbəsinə yola düşüb. Gəmi Neft Daşlarına çatdıqdan sonra T.Süleymanov gəmidən düşüb yataqxanaya gedərkən yolda halı pisləşib və saat 14:00 radələrində vəfat edib. Hadisə yerinə gələn həkimlərin ilkin qənaətinə görə mərhum ürək tutmasından dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR