Bank Of Baku

Ceyhan limanından Azərbaycan neftinin ixracı 10% azalıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı 10% azalıb
# 11 avqust 2011 09:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin iyul ayında Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından 2 742,7 min ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bunun 2 217,0 min tonu Azərbaycan Dövlət Neft Fondunun neftidir.

Ümumilikdə, yanvar-iyul aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış Azərbaycan neftinin həcmi 19 544,9 min ton olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10,3% azdır.

Qeyd edək ki, ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan boru kəməri istismara verilən gündən 2011-ci il avqust ayının 1-dək Ceyhan limanından 161 479,1 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR