Bank Of Baku

Etilen-Polietilen Zavodu yenidən təmirə bağlanıb

Etilen-Polietilen Zavodu yenidən təmirə bağlanıb
# 11 avqust 2011 10:52 (UTC +04:00)
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın əvvəlinədək davam edəcək təmir zamanı müəssisənin bütün texnoloji, mexaniki və elektrik avadanlığı, həmçinin avtomatika sistemi əsaslı təmir olunacaq. Ötən ilin yayında qurğu və avadanlıqların daha mükəmməl və keyfiyyətli təmiri üzrə geniş təcrübə qazanmış Birlik kollektivi müəssisənin istehsalat sahələrində təmir işlərini daha səmərəli və keyfiyyətlə başa çatdırmağı nəzərdə tutub. Bu məqsədlə Birliyin bütün müəssisələri, həmçinin Mexaniki-Təmir Zavodu, Təmir-Tikinti və Nəqliyyat idarələrinin ixtisaslaşmış təmir briqadaları işə cəlb edilib. Avadanlıqların bərpa üçün sökülməsinə və təmir olunaraq, yenidən quraşdırılması işlərinə 50-dək maşın və xüsusi texnika yönəldilib. Əvvəlki illərdən fərqli olaraq bu il texnoloji qurğu və avadanlıqların bir çox əsas hissələri xarici istehsalçı-müəssisələrdə yenidən hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR