Bank Of Baku

OPEC-in neft səbətinin qiyməti yeni minimuma enib

OPEC-in neft səbətinin qiyməti yeni minimuma enib
# 11 avqust 2011 13:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son beş ay yarım ərzində Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) neft səbətinin qiyməti yeni minimal həddə çatıb. «APA-Economics»in məlumatına görə, gün ərzində OPEC-in neft səbətinin dəyəri 0,3% və ya 33 sent azalaraq avqustun 10-na 101,20 dollar/barel təşkil edib. Bu da cari ilin fevralın 21-dən etibarən ən aşağı göstəricidir.

Qeyd edək ki, OPEC-in neft səbəti («OPEC Reference Basket of crudes») bu təşkilata üzv olan ölkələrin dünya bazarına ixrac etdiyi neftin qiymətinin ortaölçülü məcmu göstəricisidir. Bu səbət 2009-cu ilin yanvar ayından «Saharan Blend» (Əlcəzair), «Girassol» (Anqola), «Oriente» (Ekvador), «Iran Heavy» (İran), «Basra Light» (İraq), «Kuwait Export» (Küveyt), «Es Sider» (Liviya), «Bonny Light» (Nigeriya), «Qatar Marine» (Qətər), «Arab Light» (Səudiyyə Ərəbistanı), «Murban» (BƏƏ) və «Merey» (Venesuela) tipli 12 neft markası ilə təmsil olunub. Səbətin qiymət dəyəri hər gün Vyanada (Avstriya) yerləşən OPEC-in katibliyi tərəfindən hesablanır.

Xatırladaq ki, OPEC-ə Əlcəzair, Anqola, Venesuela, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR