Bank Of Baku

Azərbaycan neft və qaz hasilatını azaldıb

Azərbaycan neft və qaz hasilatını azaldıb
# 11 avqust 2011 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yeddi ayı ərzində Azərbaycanda neft hasilatı 6,7%, qaz hasilatı isə 2% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-iyul ayları ərzində ölkədə 27,7 mln. ton neft və 15,1 mlrd. kubmetr təbii qaz hasil olunub. Halbuki, ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 29,7 mln. tona və 15,4 mlrd. kubmetrə bərabər olub.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda neft hasilatının 51,4 mln. tona çatacağı proqnozlaşdırılır. Hazırda Azərbaycanda gündəlik neft hasilatı 1,1 mln. barel təşkil edir. Artıq 2014-cü ildə bu göstəricinin 1,3 mln. barelə çatacağı gözlənilir.

Mavi yanacağa gəldikdə isə, 2011-ci ildə Azərbaycanda qaz hasilatının 28,3 mlrd. kubmetr, 2012-ci ildə 29,8 mlrd. kubmetr, 2013-cü ildə 31,1 mlrd. kubmetr, 2014-cü ildə 32,2 mlrd. kubmetr, 2015-ci ildə isə 33 mlrd. kubmetr təşkil edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, proqnozlara əsasən, artıq 2020-ci ildən sonra Azərbaycanda illik qaz hasilatının 50-60 mlrd. kubmetr olacağı gözlənilir. «Şahdəniz» layihəsinin II fazasının işlənməsindən sonra isə (2017-ci il) illik qaz hasilatı həcminin 40 mlrd. kubmetrə çatması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR