Bank Of Baku

Azərbaycanın sənaye sektorunda məhsul istehsalı son bir ildə 11% artıb

Azərbaycanın sənaye sektorunda məhsul istehsalı son bir ildə 11% artıb
# 11 avqust 2011 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın sənaye sahələrində 18 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,1% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sənaye məhsulunun 76%-i mədənçıxarma bölməsində, 18,3%-i emal bölməsində, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

«Qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artım müşahidə olunub», - deyə Komitədən bildirilib.

Eyni zamanda, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,4%-ni təşkil etmiş, ümumi istehsalın 91,9%-i sənaye mallarının (əmtəələrin), 8,1%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR