Bank Of Baku

ARDNŞ: Azərbaycanda Neft Emalı və Netf-Kimya Kompleksinin inşasına 2013-cü ildə başlanacaq

ARDNŞ: Azərbaycanda Neft Emalı və Netf-Kimya Kompleksinin inşasına 2013-cü ildə başlanacaq
# 12 avqust 2011 15:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda Neft Emalı və Neft-Kimya Kompleksinin tikintisinə 2013-cü ilin əvvəlində başlanıla bilər. «Apa-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq kompleksin texniki-iqtisaldi əsaslandırmasının hazırlanması prosesi başa çatıb: «Hazırda müfəssəl mühəndis işləri aparılır ki, bu işlər başa çatdıqdan sonra kompleksin tikintisi barədə qərar qəbul olunacaq».

Bu cür işlərin tez bir zamanda həyata keçirilməsinin mümkün olmadığını bildirən neft şirkətinin prezidenti «Petkim»də eyni proseslərin həyata keçirilməsi üçün 4 il tələb olunduğunu misal gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR