Bank Of Baku

KfW: AzİES-İmişli elektrik xəttinin tikintisi ilin sonuna başa çatacaq

KfW: AzİES-İmişli elektrik xəttinin tikintisi ilin sonuna başa çatacaq
# 15 avqust 2011 12:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan» İstilik Elektrik Stansiyası (İES)-İmişli (AzİES-İmişli) yüksəkgərginlikli elektrik verilişi xəttinin (EVX) tikintisi sürətlə davam edir. Bu barədə «APA-Economics»ə Almaniya İnkişaf Bankının (KfW) Bakı nümayəndəliyinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, elektrik verilişi xəttinin istismara verilməsi 2011-ci ilin sonuna planlaşdırılır: «Hazırda tikintisi sürətlə davam etdirilən AzİES-İmişli xəttinin bu ilin sonu-gələn ilin əvvəlinə hazır olacağı gözlənilir».

Qeyd edək ki, layihənin podratçısı Çinin «CNEC», subpodratçısı Azərbaycanın «Interenergy» şirkətləridir, layihənin texniki məsləhətçisi rolunda isə «Decon Consult/Fichner» konsorsiumu çıxış edir.

Xatırladaq ki, layihə 195 km-lik EVX-nin çəkilməsini və gücü 300 kV olan yarımstansiyanın inşasını nəzərdə tutur. Bu işlərin həyata keçirilməsi üçün KfW Azərbaycan hökumətinə ilk 2 ili güzəştli olmaq şərti ilə 12 il müddətinə 30 mln. avro həcmində kredit ayırıb. KfW həmçinin Goranboyda yeni yarımstansiyanın tikintisini maliyyələşdirmək niyyətindədir.

Qeyd edək ki, Azərbaycan 1994-cü ildən KfW Bankı ilə əməkdaşlıq edir. Bankın Azərbaycandakı fəaliyyətinin strateji istiqamətlərinə enerji, su və digər növ infrastrukturun bərpası, maliyyə və bank sektorunun inkişafının dəstəklənməsi, özəl sektor, səhiyyə, ətraf mühit və digər sahələr daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR