Bank Of Baku

Azərbaycan gümüş istehsalını artırıb

Azərbaycan gümüş istehsalını artırıb
# 15 avqust 2011 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 028 kq qızıl hasil edilib ki, bu da 2010-cu ilin eyni dövrünə nisbətən 3,2% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat dövründə ölkədə 834 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-iyul aylarına nisbətən 45,3% çoxdur.

Cari ilin avqustun 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 25 kq, gümüşün isə 24 kq olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-iyul aylarında 1 862 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2010-cu ilin analoji dövrü ilə müqayisədə bu göstərici 13,8% artıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 746 ABŞ dollarına, gümüşün 1 unsiyası isə 39 dollara bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR