Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Türkmənistanda da işləyəcək

Azərbaycan Dövlət Neft Şirkəti Türkmənistanda da işləyəcək
# 16 avqust 2011 13:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Neftqaztikinti» Tresti Türkmənistandakı yatağın işlənməsi üçün dəniz platformasının tikintisini həyata keçirəcək. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu günlərdə «Neftqaztikinti» Tresti ilə «Level Oil & Gas Corporation» şirkəti arasında «LAM-C dəniz platformasının yüklənməsi, dənizdə bərkidilməsi, daşınması və quraşdırılması üzrə kompleks işlər» üçün subpodrat saziş imzalanıb.

Layihəyə əsasən, Trest hər birinin çəkisi təqribən 200 ton olan 4 hissədən ibarət 2 dayaq bloku, hər birinin çəkisi təqribən 400 ton olan 4 hissədən ibarət üst modullar, 2 ədəd gəmi yanalma meydançası, fakel, kran və digər obyektlərin tikinti nöqtəsinə nəqlini və quraşdırılmasını həyata keçirəcək. İşlərin 3 ay müddətinə başa çatdırılması nəzərdə tutulur.

Layihənin sifarişçisi Türkmənistanın «Dragon Oil Ltd.» şirkəti, baş podratçısı isə Türkiyənin «İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Ltd.» şirkətidir. Avqustun 15-də layihənin icrası məqsədilə «Neftqaztikinti» Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin 24 nəfərdən ibarət ilk heyəti Xəzərin Türkmənistan sektorundakı «LAM» yatağına yola düşüb. Trestin rəhbərliyi bu layihəni Xəzərin Türkmənistan sektorunda Trest tərəfindən icra olunacaq iri layihələrin başlanğıcı kimi dəyərləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR