Bank Of Baku

Azərbaycan boru kəmərləri ilə neftin nəqlini azaldıb

Azərbaycan boru kəmərləri ilə neftin nəqlini azaldıb
# 16 avqust 2011 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 27,9 mln. ton və ya ötən ilin analoji ayı ilə müqayisədə 24,5% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,2%-ni ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 21,2 mln. ton neft ötürülüb ki, 2010-cu ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstərici 27,5% azalıb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1,3 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 11,2 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstərici 7,3% artıb. Nəql edilmiş qazın ¼ hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ötən aylarında 2,7 mlrd. kubmetr qaz nəql edilib, bu göstərici 2010-cu ilin yanvar-iyul aylarına nisbətən 15,6% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR