Bank Of Baku

Azərbaycan nəqliyyatın atmosferə zərərli qaz tullantılarının hesablanması ilə bağlı xarici təcrübəni öyrənir

Azərbaycan nəqliyyatın atmosferə zərərli qaz tullantılarının hesablanması ilə bağlı xarici təcrübəni öyrənir
# 18 avqust 2011 08:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Londona səfər edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində o, «London-2012 Beynəlxalq Olimpiya Proqramı»nın «BP» üzrə direktoru Seve Kiryakou ilə görüşüb. Görüşdə «BP» şirkəti tərəfindən London Olimpiya oyunlarında Azərbaycan idmançılarının dəstəklənməsi məsələsi müzakirə olunub. «BP» şirkətinin Olimpiya iştirakçılarına xidmət göstərmək üçün 4000 ədəd nəqliyyat vasitəsi ayıracağını bildirən S.Kiryakou nəqliyyat vasitələrindən zərərli qazların atmosferə atılmasının azaldılması və atılmaların hesablama metodikasının hazırlanmasını təklif edib. R.Hüseynzadə bu metodikanın ARDNŞ-ə təqdim olunmasını xahiş edib. Təklif qəbul olunub və təqdimatın sentyabrın birinci yarısında Londonda, yaxud Bakıda keçirilməsi qərara alınıb.

Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin icra aparatının rəhbəri, vitse-prezident Çingiz Hüseynzadə və ARDNŞ-in Böyük Britaniyadakı nümayəndəliyinin direktoru Rüfət Əfəndiyev iştirak ediblər.

Daha sonra R.Hüseynzadə «BP»nin Sanbori ofisində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit üzrə meneceri Austin Hayes ilə görüşüb. Görüşdə «Şahdəniz-2» layihəsinin ekoloji məsələlər üzrə təqdimatı keçirilib. Qazmadan əvvəl «Şahdəniz-2» layihəsinin ekoloji, texniki, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin strukturu, sualtı infrastruktur və s. vacib texniki məsələlər müzakirə olunub. Müzakirənin ikinci mərhələsinin sentyabrın sonunda «BP-Azerbaijan» şirkətinin ofisində keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR